• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1484
— 05.10.2021 12:11

"Azərbaycanın razılığı olmadan bölgədə hər hansı təşəbbüs gerçəkləşə bilməz"

KepezTV Player

Mən bunu burada – Cəbrayılda, Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Bu barədə Prezident İlham Əliyev ötən gün Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. "Bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uyduranda biz buna fikir vermədik: “Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlayıblar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun” deyən prezident bildirib ki, biz heç kimin sərhədini pozmamışıq. 1920-ci ilin xəritələri, çar Rusiyasının xəritələri var. Gəlsinlər, görsünlər sərhəd haradan keçir. Biz harada yerləşmişik oranı Azərbaycan ərazisi sayırıq və düz də edirik. Biz 130 kilometr Azərbaycan-İran sərhədini işğalçılardan təmizlədik. Bu 130 kilometr Ermənistanın işğalı altında idi. O vaxt burada hansı proseslər gedirdi, onu gərək araşdırsınlar. Biz indi bunu araşdırırıq. Heç kim bizim işimizə burnunu soxmasın”. Prezident vurğulayıb ki, biz istəyirik ki, Azərbaycanla Ermənistan arasında barışıq olsun, yəni sülh müqaviləsi imzalansın. Azərbaycan tərəfində siyasi iradə var. Ermənistan tərəfində də bu iradə olarsa, iki ölkə özləri heç bir vasitəçisiz bu məsələləri həll edə bilər, bölgədə uzunmüddətli sülh ola bilər. Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan. Bizim üçün bu format kifayətdir:Kim istəyir qoşulsun, kim istəmir özü bilər. Hər halda bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz. Dövlət başçısı Cəbrayıla çəkilən yoldan da bəhs edib.  "Vaxtilə Ermənistan rəhbərliyi buraya yol çəkmək istəyirdi. O da onların bütün arzuları kimi yarımçıq qaldı. İndi Cəbrayıla biz yol çəkirik. Bu yoldan Zəngəzur dəhlizində də istifadə olunacaq".