Bu günə xəbərlərin oxunma sayı: 666
— 03.07.2026 17:41

Dənizdə iki nəfər batıb

Sumqayıtın Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində 2004-cü il təvəllüdlü Yarıyev Murad Azad oğlu xilas edilib, 1 nəfər qadının isə meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.