• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1953
— 04.10.2021 12:30

Ombudsman Gəncə ilə bağlı bəyanat yayıb

Çoxsaylı insan tələfatı ilə nəticələnən və yalnız Azərbaycan xalqı üçün deyil, bəşəriyyət üçün faciəvi hadisələrin ildönümü ərəfəsində bir daha dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət edərək, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması ilə müşaiyət olunan və mülki əhalinin qətlə yetirilməsi ilə nəticələnən müharibə cinayətlərini qəti şəkildə qınamağa və Ermənistanın hərbi-siyasi rəhbərliyinin hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində qətiyyətli addımlar atmağa çağırıram”. Ombudsman Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Gəncə şəhəri və digər ərazilərini atəşə tutması nəticəsində insan tələfatı və dağıntıların baş verməsinin ildönümü ilə bağlı yaydığı bəyanat BMT-yə, YUNİSEF-ə, YUNESKO-ya, Avropa İttifaqına, Avropa Şurasına, ATƏT-ə, eləcə də digər beynəlxalq təsissatlara göndərilib.