• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 995
— 17.08.2021 20:30

"Tarixi adlar bərpa edilməlidir"

KepezTV Player

Tarixi adlar bərpa edilməlidir. İndiki Ermənistan ərazisində yerləşən bütün qədim Azərbaycan yaşayış məntəqələri əsl adı ilə çağırılmalıdır. Prezident İlham Əliyev Kəlbəcər və Laçına səfəri zamanı bildirib ki, Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır.

"Əgər istəsək, harada lazım bilsək, orada da duracağıq"

Prezident İlham Əliyev Kəlbəcər və Laçın istiqamətində dövlət sərhədimizi möhkəmləndirdiyimizi söyləyərək bu sərhədin 30 ilə yaxın müddət ərzində ermənilərin əlində olduğunu bildirib. "Biz may ayında qarlar əriyəndən sonra bu sərhədlərə çıxmışıq, öz mövqelərimizi tutmuşuq, Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik" - deyə Ali Baş Komandan vurğulayıb.

"Həm Qarabağ, həm Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır"

"Sərəncamımla 14 iqtisadi rayon yaradıldı" söyləyən dövlət başçısı onların arasında iki iqtisadi rayonun yaradılmasının diqqət çəkdiyini, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradıldığını qeyd edib. "Hesab edirəm ki, bu da çox düzgün addımdır. Bu, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır". Prezident belə deyib.

Prezident bundan sonrakı əsas hədəfləri düzgün müəyyən edərək, bu hədəflərə çatmağa da nail olacağımızı deyib. Və əlavə edib ki, bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.