• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1331
— 25.06.2021 19:23

14 erməni terrorçu yenidən ədalət qarşısında

KepezTV Player

Azərbaycanda terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəsətlərinin 14 üzvü yenidən ədalət qarşısında... Bakı Ağır Cinayətlər məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərə ittiham aktı elan olundu. İrəli sürülən ittihamlar məhkəmədə sübuta yetirilərsə təqsirləndirilənləri 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məhkəmə iclası təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi ilə başladı. Mühakimə olunanların hüquqlarını müdafiə edəcək vəkillər müəyyənləşdi. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında istintaqın başlandığı elan olundu. Daha sonra isə, təqsirləndirilən şəxslərə ayrı-ayrılıqda ittiham aktı elan edildi.

Səsləndirilən ittihamlara əsasən, təqsirləndirilən şəxslər qanunsuz şəkildə odlu silahlar əldə edərək, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar. Onlar 2020-ci il noyabrın 27-də Azərbaycan sərhədlərini qanunsuz keçərək Xocavəndin Hadrut qəsəbəsində meşəlik ərazilərdə gizləniblər. Ötən il dekabrın 13-də Dövlət təhlükəsilik xidmətinin keçirdiyi antiterrör əməliyyatı ilə tərkisilah ediliblər. Həmin vaxta qədər, Hadrutda terror-təxribat əməlləri törədib, Azərbaycan hərbçilərinə və mülki şəxslərə basqınlar ediblər.

Qeyd edək ki, hakim qarşısına çıxarılan şəxslər terrorçuluq, qanunsuz olaraq silah və partlayıcı maddələr əldə etmə və saxlama, qanunsuz silahlı birləşmələr yaratma, onların təkibində döyüşməkdə eləcə də Azərbaycan sərhəddini qanunsuz keçməkdə təqsirli bilinirlər. İrəli sürülən ittihamlar məhkəmə istintaqında öz təsdiqini taparsa, həmin şəxsləri 14 ildən 20 ilə qədər və yaxud ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.