• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 889
— 15.05.2021 20:46

Şəkərin uşaqlara mənfi təsirləri

KepezTV Player

Sağlam həyat tərzinin carçıları şəkəri insan sağlamlığı üçün əsas təhlükə mənbəyi hesab edirlər. Onlar hətta bu məhsulu "ağ ölüm" adlandırırlar. Qərb alimlərinin apardıqları araşdırmalar nəticəsində də şəkərin uşaqların yaddaşına mənfi təsirləri haqqında bəzi faktlar aşkara çıxıb.

Tibbi adı qlükoza olan şəkər insan orqanizmində bir çox funksiyaların təminində iştirak edir. Belə ki, beynin sinir hüceyrələrinin qidalanmasına, ürəyin əzələ hüceyrələrinin fəaliyyətinə yardımçı olur. Ancaq şəkərin normadan az və ya çox istifadəsi bir çox problemlər yarada bilər.

Elvira Qapaqova  pediatr: Bu şəkər bizim beynimizin qidası kimi loru dildə desək yaddaşımız, qavramağımız üçün çox önəmlidir. Digər əzələ qruplarının da inkişafı üçün mütləq şərtlərdən biridir. Ancaq bu bəzən hər hansı problem nəticəsində qanda miqdarı artdıqda və ya azaldıqda problemlər yaradır. Azaldıqda həmin insanlarda enerjinin tükənməsi nəticəsində əllərdə əsmə, titrəmə halsızlıq diskomfortlar yaranır.İnsanlarda inkişafdan geri qalma, uşaqlarda tez- tez xəstələnmə hallarını görə bilərik. Artması kimi tibdə bilinən şəkərli diabet deyilən bir xəstəliyin formalaşmasına gətirib çıxarır. Həmçinin də qanda şəkərin miqdarının artması lipidlərin yəni yağların da miqdarının artmasına səbəb olur ki, bu da piylənmə, atreskroid dəyişiklliklər kimi problemlərə səbəb olur.

Həkimlər şəkərin xüsusən uşaqların yaddaşına, qavrayışına mənfi təsir göstərdiyini əsas gətirərək valideynlərə hazır qidalardan istifadə olunmamasını tövsiyə edirlər. Şəkərin təbii formada, yəni meyvələrdən alınmasının vacibliyini vurğulayırlar.

Elvira Qapaqova  pediatr: Şəkər təbii şəkər formasında qəbul olunarsa, bu bizə xeyir, rafinə olunmuş hazır qidalar şəklində qəbul olunarsa bu isə bizə zərər verə bilər. Xüsusən də analara üzümü tutaraq deyirəm ki, diqqətli olun. Hazır -rafinə olunmuş yəni tez həll olunan bir başa qanda şəkərin miqdarını artıran qidalarla uşaqlarınızın çox qidalanmasının qarşısını almağa cəhd edin. Daha təbii yəni meyvələr,  və digər təbii məhsullarla qidalanmağınıza üstünlük verməyiniz xahiş olunur. Ümumiyyətlə, qanda şəkərin miqdarının artması uşaqlarda belə bir problem yaşadır ki, qavrama geriliyi. Yaddaşın zəifləməsi kimi fəsadlara səbəb olur. Ona görə də valideynlərin çox vaxt bizə şikayəti olur ki, uşağımız dərsdən geri qalır, dərsdə qavramada zəiflik var, müəllim tərəfindən şikayətlər var. Bu zaman labarator müayinələr nəticəsində əldə oluanda görürük ki, qanda şəkərin miqdarı artıb və müvafik müalicə və müayinələrimizi təyin edirik.

Həkimlərin məsləhətlərini dinləsək və özümüzü qorusaq, bir çox xəstəlikləri asanlıqla dəf edə bilərik.

Aişə Rzayeva