• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1444
— 07.05.2021 15:48

Azərbaycan XİN Fransa və Kanadaya cavab verib

KepezTV Player

Fransa və Kanada Xarici İşlər Nazirliklərinin rəsmi twitter səhifələrində Azərbaycan tərəfindən 3 erməni hərbçinin azadlığa buraxılması müsbət addım kimi qiymətləndirilir və digər erməni hərbçilərin də azad olunmasına dair çağırış edilir. Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bununla bağlı bildirib ki, bu, Azərbaycan tərəfindən edilən ilk humanist addım deyil. "Hər iki ölkənin xarici siyasət qurumunun diqqətinə çatdırırıq ki, Ermənistan tərəfi hələ də beynəlxalq humanitar hüquq öhdəliklərini, eləcə də üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Yəqin ki, Ermənistanın 1991-94-cü illərdə müharibə zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə məlumatı bu günədək verməməsi, habelə azad olunmuş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların xəritələrinin təqdim etməkdən imtina etməsi barədə hər iki ölkənin məlumatı var. Fransa və Kanada Xarici İşlər Nazirlikləri məsələyə birtərəfli deyil, obyektiv yanaşma nümayiş etdirmək istəyirlərsə, o zaman Ermənistana çağırış edərək beynəlxalq humanitar hüquq öhdəliklərinə riayət etməsini, bölgədə dayanıqlı sülhə əngəl olan fəaliyyət və əməllərdən çəkinməsini tələb edərlər. Əks təqdirdə bu, Azərbaycan cəmiyyətində hər iki ölkəyə olan etimada ciddi zərbə vuracaq". Sitatın sonu.