• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2043
— 20.04.2021 16:41

Naxçıvanski adına hərbi liseydə ilk möhtəşəm yubiley

KepezTV Player

Cəmşid Naxçıvanski adına hərbi liseydə ilk təntənəli yubiley tədbiri keçirilib. Mərasimdə vurğulanıb ki,hərbi liseyin məzunu olmuş 4332 kursant müxtəlif ali hərbi məktəblərdə təhsillərini davam etdirərək zabit rütbəsi alıb və bu gün onlar Silahlı Qüvvələrin, eləcə də Azərbaycan Ordusunun zabit heyətinin böyük əksəriyyətini təşkil edirlər. Vətən müharibəsinin ilk günündən etibarən hərbi liseydə xidmət keçən 43 zabit, 12 gizir, 3 nəfər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu döyüş əməliyyatlarında iştirak edib, bir nəfər şəhid olub, 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hərbi liseyin məzunlarından 114 nəfəri şəhidlik zirvəsinə ucalıb.