• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1051
— 08.04.2021 12:07

Qətl hadisəsi baş verib

KepezTV Player

Kürdəmirdə,Aşıq Bilal küçəsində qətl hadisəsi baş verib.Rayon sakini 36 yaşlı əvvəllər 2 dəfə məhkumluq həyatı yaşayan İsmayıl Babayev aralarında yaranan mübahisə zəminində rayon sakini 52 yaşlı Arif Səmədovun hər iki bud nahiyəsinə bir neçə bıçaq xəsarəti yetirib. Səmədov təcili olaraq  Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliiyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən İsmayıl Babayev dərhal saxlanılıb. Qətlə yetrilən Arif Səmədovun meyidi isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.Hazırda faktla bağlı rayon prokuroluğunda araşdırma aparılır.