• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1789
— 25.11.2020 19:41

Qərb derbisi lideri dəyişə bilər

KepezTV Player

Futbol üzrə Azərbaycan I Divizionunda VII tur qərb derbisi ilə əlamətdar olacaq. “Kəpəz” milli çempionatlar tarixindən əzəli rəqibi olan “Turan Tovuz”u qəbul edəcək. Oyun sabah Gəncə şəhər stadionunda keçiriləcək.

“Kəpəz”in əsas heyətinin üzvünə çevrilən Qaraxan Əliyev özü ilə yanaşı, komanda yoldaşlarının da istəyini dilə gətirib. Gəncə klubunun düşərgəsində bütün planlar qələbə üzərində qurulub. Görüşü əhəmiyyətli edən bir səbəb derbidirsə, digəri çempionluq uğrunda mübarizə aparan komandaların turnir cədvəlinin üst sırasında  qonşu olmasıdır.

“Kəpəz” ilə “Turan Tovuz” mövsüm öncəsi yoxlama oyununda heçə-heçə oynayıb. Həmin görüşdə 3:3 hesabının qeydə alınması sırf matçın xarakterinə uyğun olub. Çempionat matçı rəsmi qarşılaşma  olduğundan tərəflərin daha çox ehtiyatlı oyuna üstünlük verib, minimal hesabla kifayətlənəcəyi gözləniləndir.

Gəncə və Tovuz komandaları Azərbaycan Kubokunda da mübarizəyə qoşulub. “Turan” – “Qəbələ”yə, “Kəpəz” – “Sabah”a rəqib olub.

“Kəpəz” – “Turan Tovuz” oyunu saat 13:00-da başlayacaq. Koronavirus pandemiyası ilə bağlı stadiona azarkeşlər buraxılmayacaq.