KepezTV Player
Ermənistanın işğalından azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarının ərazisində bu gün dörd sərhəd zastavasının bərpadan sonra açılışı olub. Soltanlı, Xudafərin, Xələfli və Qumlaq zastavalarında 27 ildən sonra ilk dəfə Azərbaycanın 3 rəngli bayrağı dalğalanıb. Bununla da dörd sərhəd zastavası xidməti döyüş fəaliyyətinə başlayıb. Azadlığa qovuşan dövlət sərhədinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Horadiz Sərhəd Dəstəsinin şəxsi heyəti tərəfindən təşkil olunub.
- Baxış: 141