Mövsümi xəstəliklər, o cümlədən koronavirusa yoluxmamaq üçün immun sisteminin güclü olması vacibdir. Amma etiraf etmək yerinə düşər ki, indi fəslin elə bir dövrüdü rki, bu elə də asan deyil. İmmun sisteminin gücləndirilməsinin daha vacib olduğu indiki dövrdə etməli olduğumuz vaciblər qarşıdakı sujetdə.
İnsanların orqanizmi payız və qış fəsillərində immuniteti aşağı olduğu üçün tez-tez xəstələnməyə meyilli olur və ya xəstələnir. Orqnizmin “ordusu” sayılan immunitetin bu dövrdə daha güclü olması xəstəliklərdən bioloji müdafiə də hesab edilir. Lakin hər orqanizmin kənar təsirlərə müqaviməti eyni dərəcədə kəsərli deyil.
Seymur Ələkbərov sakin:Düzgün qidalanmırlar, soyuğa dözümləri yoxdur, çünki alışqan deyillər. Ona görə havalar soyuyan kimi immunitet düşür.
Əmirəhməd Qasımov sakin: Mənim fikirimcə ekologiyanın da təsiri var. Həmçinin indiki qidaların əvvəlki illərə nisbətən daha az keyfiyyətli olmasından da asılıdır. Vitamin dəyərləri, qidaların təbiiliyi. Mən bunları əsas götürürəm.
İmmun sisteminin zəifləməsinə təsir edən amillər sırasında “düzgün qidalanmama” faktoru başda gəlir. Çünki kor təbii şəkildə qəbul edilən, keyfiyyətinə əmin olmadığımız qida məhsulları orqanimimizi lazımi vitaminlərlə depolamır.
Zaur Hümbətov professor:Səhər-səhər ən azı 50 qr təmiz kərə yağı qəbul edilməlidir. Çünki onun tərkibində olan A pro vitamini gün ərzində orqanizmi infeksiyadan qoruyur. Yumurta sarısından, göy soğandan, sarımsaqdan istifadə etmək lazımdır. Bunları yemək yox ələlxüsus iyləmək, otaqda qoymaq ki, bunların hava yolu ilə orqanizmə daxil olması çox yaxşı təsir göstərir.
Sağlam qidalanma immuniteti yaxşılaşdıran yeganə məqam deyil. Bu nöqteyi nəzərdən düzgün həyat tərzi keçirmək də önəmlidir.
Şəhla Verdiyeva terapevt: Sağlam yuxu yatmaq xüsusilə gün ərzində 8 saat gecə yuxusunu təmin etmək, açıq havada vaxt keçirmək, yatmazdan əvvəl mavi işıqdan yəni, telefon, planşet, kompyuterdən uzaq durmaq, əsəblərimizi qaydasında saxlamaq, mövsümə uyğun geyinmək vacibdir. Bununla yanaşı coviddən bizi qoruyan ən vacib amil, hər birimizin yaxşı bildiyi sosial izolyasiyaya əmək etmək yəni, məsafə saxlamaqdır.
Həmçinin, sanitar-gigiyenik normaların gözlənilməsi virusların çoxalma prosesini ləngidir, orqanizmimizi pandemiyadan qoruyur. Amma bu məsələyə də son dərəcədə həssas yanaşmaq lazımdır.
Mütəxəssislər immuniteti gücləndirmək üçün viruslara qarşı öldürücü təsir bağışlayan, ardıc toxumu, sürvə, kəklikotu kimi antiseptik bitkilədən istifadəni də tövsiyə edirlər. Çünki sözügedən dərman bitkilərinin inqalyasiya metodu ilə daxilə qəbulu nəinki koronavirus digər yoluxucu xəstəliklərinin müalicəsində effektiv nəticələr verir.
- Baxış: 173