Bu günə xəbərlərin oxunma sayı: 666
—
13.11.2025 11:53
İlham Əliyev ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib
Donald Tramp prezident seçiləndən sonra Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə keçib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyərək, onların regionun inkişafı üçün mühüm rol oynadığını vurğulayıb. Görüşdə Azərbaycanda tolerantlıq və dinlərarası dialoqun təşviqi istiqamətində görülən işlər vurğulanıb.
- Baxış: 60
