• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 690
— 20.09.2020 20:43

"Hirsli başda ağıl olmaz“

KepezTV Player

“İndi insanlar karantindən əvvəlki dövrə nisbətdə daha aqressivdir”. Biz bunu tez-tez eşidirik və həqiqətən də insanların bir-biri ilə münasibətlərində aqressivlik müşahidə edirik. Mübahisələr, çəkişmələr xüsusən ictimai nəqliyyatda, dükan-bazarda və başqa ictimai məkanlarda da baş verir. Görəsən, nə üçün? İnsanları aqressivləşdirən nədir? Və ən əsası belə aqressivliklə üzləşdikdə biz necə davranmalıyıq? Suallara əməkdaşımız Nazənin Zaman aydınlıq gətirməyə çalışıb, izləyək.

İnsanlar indi çox aqressivdirlər. Adi xahişimizi belə hərəkətləri ilə aqressiv qarşılayırlar... Koronovirusun olduğu bir vaxtda insanlarda qorxu var, ona görə aqressivləşiblər... Keçmək lazımdır, uşaqdırsa yaşının azlığına, yetkindirsə yaşının çoxluğuna..

Araşdırmalara görə, əksər hallarda qorxu və təlaş hissi özünü aqressiv davranışlarla büruzə verir. Xoş olmayan vəziyyət müxtəlif səbəblərdən qaynaqlanır,  daha çox yeniyetmə və gənclər arasında müşahidə olunur.

Elay Vəliyev psixoloq:Mütəxəssislər tərəfindən fikir ayrılıqları var. Bəziləri deyirlər ki, aqressiya zehni yalnışlıqlardan, avtomatik fikir formalaşmasından irəli gəlir. Digər qrup isə deyir ki, insanlar bir hadisədən, situasiyadan məna tapmadıqda aqressiya yaranır. Aqressiya davranış formasıdır. Emosional, sosial, psixoloji, iqtisadi olar bilər. Şəxsə uyğun olaraq özünü müəyyən situasiyalarda göstərə bilər.

Bəs görəsən, bu cür davranış pozuntalarını hansı yolla korreksiya etmək olar? Aqressiv davranışla üzləşdikdə necə davranmalıyıq?

Elay Vəliyev psixoloq: Aqressiv situasiya ilə rastlaşan zaman insan gərək özünə “stop” deməyi bacarsın. Doğru olmayan fikirlərin qeyri-normal davranışa gətirib çıxarmasına yol verməsin. Aqressiyanın qarşısını alan, onu yüngülləşdirən metodlardan biri də idmanla, yaradıcılıqla məşğul olmaqdır.

“Biri od olanda digəri su olmalıdır”. Əslində bizim bu günkü araşdırmamızın nəticəsini  elə bu atalar sözü ilə çox məntiqli və sadə şəkildə izah etmək olar. Bircə qalır lazımi anda emosiyalara qalib gələrək  “su olmağı”  bacara bilmək...  Bunu isə mütləq bacarmaq lazımdır. Çünki başqa bir atalar sözündə deyilir ki, “hirsli başda ağıl olmaz”.