• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2301
— 09.11.2021 21:18

Məktəblilərin qazilərlə görüşü keçirilib

KepezTV Player

Göygöldə İqtisadiyyat Nazirliyi yanında Göygöl-Daşkəsən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən qazilərlə görüş keçirilib. “Qazi dostu” adl tədbirdə vətən müharibəsində igid oğullarımızın göstərdiyi şücayətdən danışlıb, onların müharibədə göstərdiyi qəhrəmanlığı şagirdlərə aşılanıb.

“Qazi dostu” adlı tədbirin iştirakçılar əllərində Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə Göygöl rayonunun şəhidlər xiyabanına yürüş etdilər. Torapqlarımızın azadlığı uğrunda canlarından keçən igid oğullarımızın qəbirləri ziyarət edilib, ruhlarına dualar oxunub. 44 günlük vətən müharibəsində qazanılan zəfərdən danışılaraq ərazi bütövlüyümüzün bərpa edilməsi bütün dünyaya gücümüzün nümayişi kimi dəyərləndirilib. Qazanılan qələbə, igid oğullarımızın göstərdiyi qəhrəmanlıqlar barədə gənc nəslin məlumatlandırılmasını vacibliyi önə çəkilib.

Elnur Hacıyev Göygöl-Daşkəsən KOB İnkişaf Mərkəzinin koordinatoru: Onlar qazilərimizi tanısınlar ki, hansı rayonların azad olunmasında iştirak etdilər. Hansı bölgələrdə ximdət etdilər, yaralandılar və təltiflər oldu bu haqqında məlumatlı olsunlar. Onlarda gələcəkdə öz dostalırı, məktəbliləri arasında, yaxınları, tanışları arasında bunu paylaşsınlar.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin könüllüsü qazi dostu yaxalıqlarını məktəblilərə təqdim edib. Qazilərin keçdiyi döyüş yolları barədə iştirakçılara məlumatlar verilib.

İnqilab Qulyev  müharibə veteranı: Bu gün bizim bura toplaşmaqda məqsəd şagirdlər vətənpərvərlik ruhunu aşılamaqdır. Ali baş komandana minnətdarlığımı bildirirəm ki, bu qara ləkəni alınımızdan təmizlədi. 30 il düşmən əsarətində olan torpaqlarımız 44 günə azad edildi. Biz Göygöl Qarabağ veteranları  və əlilləri ali baş komandanın ətrafında dəmir yumruq kimi birləşərək ön cəbhə və arxa cəbhədə də fəal iştirak eləmişik.

Qədir Məmmədli şagird: Mən 1 nömrəli orta məktəbin 6 b sinif şagirdiyəm. Qazi dostu tədbirində iştirak etdim və öz minnətdarlığımı bilidirirəm.

Tərbir çərçivəsində məktəblilərin vətən müharibəsinə aid rəsmləri ilə tanışlıq da olub. Şagirdlər zəfərimizə aid şerlər söyləyib, mahnılar ifa etdilər. Göygöl-Daşkəsən  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin eksperti tərəfndən qazilərin müraciəti əsasında ödənişsiz xidmət göstərilib.

Elnur Vahidoğlu