• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1713
— 03.07.2019 12:26

Gənclər Azərbaycan ordusunun gücünə inanırlar

KepezTV Player

Tədbirin açılış mərasimində qeyd olundu ki, gənclər  müasir texnikalarla silahlanan Azərbaycan ordusunun gücünə hər zaman inanır. Ordumuzun maddi-texniki bazası getdikcə möhkəmlənir, müasir silahlarla təminatı istiqamətində mühüm işlər görülür, döyüş qabiliyyəti artır.  “İrəli” İctimai Birliyinin təşəbbüsü ilə 10 gün ərzində keçiriləcək layihədə gender bərabərliyi qorunmaqla 17-25 yaş arasında 200-ə yaxın gənc iştirak edəcək. Bu gənclər  Bakı da daxil olmaqla respublikanın 25 regionunu təmsil edirlər.

Layihə çərçivəsində həyata keçirilən həqiqi hərbi xidmətə öncədən hazırlaşmaq, fiziki dözümlülüyü artırmaq, motivasiya xarakterli görüşlər, seminarlar, simulyasiya oyunları gənclərin mətinləşməsinə, maariflənməsinə töhvə verəcək. Eyni zamanda kəşfiyyat bölüyünün maneələri dəf etməsi, hündürlükdən tullanma üsulları, düşmən səngərinə hücum edilməsi təlimləri təcrübi olaraq göstəriləcək. Taktiki, qarovul, atəş hazırlıqları, topoqrafiya və digər hərbi hazırlıqlar da layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlərə aiddir.

Gənclər layihə çərçivəsində Goranboyun Aşağı Ağcakənd qəsəbəsində ekstremal şəraitdə qalaraq bir sıra sosial və idman fəaliyyətlərdə yer alacaqlar. Peşəkar mütəxəssislərin iştirakı ilə müxtəlif təlim - məşq toplanışları, fiziki və əqli tapşırıqlar icra olunacaq. Ekspert və qonaqlarla görüşlər,müzakirələr təşkil ediləcək.