• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2273
— 31.08.2020 20:14

Gəncə Türkiyəyə elektrobus satacaq

KepezTV Player

Yaxın vaxtlarda Türkiyənin böyük şəhərlərindən biri ilə Gəncə avtomobil zavodunun yığdığı elektrobusların satışı ilə bağlı razılığa gəlinməsi nəzərdə tutulur. Zavodun İstehsalat Birliyi Müşahidə Şurasının Sədri Xanlar Fətiyev Trend-ə deyib ki, artıq şəhər rəhbərliyi ilə Gəncə avtomobil zavodunun nümayəndələri arasında ilkin danışıqlar yekunlaşdırılıb. Onun sözlərinə görə, Gəncədə yığılan, 83 sərnişinin daşınmasını reallaşdıra biləcək elektrobuslar 26 oturacaqla, kondensionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. 60 kilometr/saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində 6 dəqiqə ərzində tam doldurulur və enerji bərpa olunur. Bu avtobuslar həm dizayn baxımından, həm də ətraf mühitin yanacağın kirli tullantılarından qorunması kimi vacib ekoloji baxımından çox sərfəli və əhəmiyyətlidir. 2019-cu ildən Gəncədə müasir dizayna malik “E-321” markalı elektrobuslarının yığımına başlanıb.