• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1523
— 31.08.2020 11:21

Şəmkirdə “Aşura” məclisinin iştirakçıları cərimələniblər

KepezTV Player

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları ölkədə tətbiq edilən karantin rejiminin tələblərindən irəli gələrək dini məclislərin keçirilməməsi ilə əlaqədar edilən xəbərdarlıqlara məhəl qoymayan şəxsləri aşkarlayıblar. Müəyyən olunub ki, Aşağı Seyfəli kəndi ərazisində bir qrup sakin Şəhidlər Xiyabanına toplaşaraq "Aşura" məclisinin keçirilməsinə cəhd ediblər. Polis əməkdaşları dərhal məclisi dayandırıb, 15 nəfər kənd sakini saxlanılaraq polis şöbəsinə gətiriliblər. Onlarla izahedici söhbətlər aparılıb, 12 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilib. Digər 3 nəfər barəsində toplanan materiallar baxılması üçün  rayon məhkəməsinə göndərilib.

Əliağa Mövsümov - məclisin iştirakçısı: “Biz həmişə Gəncəyə İmamzadə ziyarətgahına gedirdik. Bu dəfə yol bağlı olduğundan öz kəndimizdə Şəhidlər Xiyabanında bu günü qeyd etmək istədik. Bizim kəndimizdə karantin yoxdur. Bizdə karantinin qaydalarına riayət edərək, ara məsafəsi saxlamaqla, tibbi maskadan istifadə etməklə, Şəhidlər Xiyabanına ziyarətə getdik”.

Natiq Hüseyn