KepezTV Player
97 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 35 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 461 nəfər müalicə olunaraq sağalıb, 527 nəfər vəfat edib, 1 998 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 014, bu günə qədər isə ümumilikdə 904 506 test icra olunub.
- Baxış: 568