• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1703
— 24.07.2020 20:18

332 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib

KepezTV Player

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb, 573 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.<br>Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.<br>İndiyədək ölkədə ümumilikdə 29 312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 21 547 nəfər müalicə olunaraq sağalıb, 400 nəfər vəfat edib, 7 365 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 037, ötən müddət ərzində isə ümumilikdə 667 819 test aparılıb.