KepezTV Player
Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. “Hyundai”, “Mercedes” markalı minik maşınları “Ford Tranzit”lə toqquşub. Qəza zamanı rayonun Zəyəm Cırdaxan kənd sakinləri – 45 yaşlı Malik Məmmədov , 55 yaşlı Əlif İsayev və 36 yaşlı Amilə Həsənova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları və təcilli tibbi yardım birqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 1366