• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1826
— 09.06.2020 20:15

Çin texnologiyası ilə təcrübə

KepezTV Player

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun baramaçılıq laboratoriyasında qızğın iş gedir. Ölkədə ilk dəfə olaraq Çin texnalogiyası əsasında tut ipək qurdları üzərində elmi tədqiqat aparılır. Bu üsüldan istifadə işi asanlaşdırmaqla yanaşı təkmilləşdirməyə, əldə ediləcək təcrübənin təsərrüfatlarda tətbiqinə imkan verəcək.

Rasimə Hüseynova HETİ-nin baramaçılıq laboratoriyasının elmi işçisi: Bizdə qabaqlar tərəcələrimiz dəmirdən idi və onların içini biz kağızlayırdıq. Sonra isə kağız karobkalar hazırlayıb qurdları onların içində bəsləyirdik. Hazırda isə kaprondan olan tərəcədir və o tərəcələrdə biz qurdları bəsləyirik

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun baramaçılıq laboratoriyasında Qax damazlıq ipəkçilik stansiyasından gətirilən avadanlıqların köməyi ilə vahid sahədən səmərəli istifadə olunmaqla tut ipək qurdları üzərində təcrübə işi görülür. Çin texnalogiyası adlanan bu üsül ipəkqurdlarını xüsusi hazırlanan və ara məsafəsi 20 sm olan qablara yığılmasını özündə ehtiva edir. Qabların altında hava dəlikləri də var ki, bu da qurdların inkişafına daha çox kömək edir. Qurd barama sarıdıqdan sonra plastik şax materialları həmin tərəcələrin üstünə qoyulur və nazik deşikli örtüklə örtülür.

Qafar Məmmədov HETİ-nin baramaçılıq laboratoriyasının müdiri:Künənin götürlməsi bundan çox sadədir. Beləki, xüsusi deşikli örtüklər var ki, onlar qurdun balaca və böyük yaşlarında yemlə bərabər qurdun üzərinə salınır. Daha sonra qurdun üzərinə təzə yarpaq tökülür və qurdlar həmin deşiklərdən çıxaraq təzə yarpağa çıxırlar. Beləliklədə künə rahat götürülür. Təzə yarpaq qurdla birlikdə götürldükdən sonra künədən azad olunur. Bu da onun bir çox üstünlüklərindən biridir.

Bundan başqa laboratoriyada yeni yüksək məhsuldar hibridlərin yaradılması istiqamətində də işlər aparılır. Şəki Regional Elm Mərkəzindən yüksək məhsuldar 4 hibrid gətirilərək inistitutun kolleksiyasından seçilən 4 hibrid üzərində seleksiya işlərinə başlanılıb.

Qafar Məmmədov HETİ-nin baramaçılıq laboratoriyasının müdiri: Bu il işin ilkin mərhələsidir və biz bu cinsləri hələlik bu il təmiz halda yemləmişik. Yemləmə başa çatdıqdan sonra onların arasında hibridləşmə aparılacaq. Gələcək illərdə bu hibridlər üzərində proseslər aparılaraq 5 ildən sonra yeni hibrid alınmış işini başa çatdırmış olarıq.

İnstitutun baramaçılıq laboratoriyasında 87 cinsdən ibarət kolleksiya var. Bunun 33-ü xaricdən gətirilib, 50-i isə yeri elm adamları tərəfindən yaradılıb.

Elnur Vahidoğlu