KepezTV Player
Daxili İşlər Nazirliyinə Biləvasitə Tabe Olan İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində xüsusi karantin rejimini pozan, avtoxuliqanlıq hərkətləri edərək polisin qanuni tələblərinə əməl etməyən və barələrində məhkəmələrin qərarı ilə həbs qərarı verilən şəxslərlə profilaktik görüş keçirilib. Bu şəxslərin hər birinə 15 sutkadan 1 aya qədər müddətdə inzibati həbs cəzaları verilib. Görüşdə avtomobillə cəmiyyətə açıq hörmətsizlik ifadə edən, mövcuq karantin qaydalarını pozan şəxslərin hər biri ilə fərdi profilaktik söhətlər aparılıb. Törətdikləri əməllərə görə cəza alan şəxslər bu hərəkətlərindən peşiman olduqlarını deyərək, digər sürücülərə yollarda daha həsas və diqqətli olmağı, karantin qaydalarıa əməl etməyi tövsiyyə ediblər.
- Baxış: 327