Vitraj, bədii şüşə və bu kimi sənət əsərləri əmək tələb edən işlərdəndir. Növbəti sujetimizdə bədii şüşə ilə peşəkar şəkildə məşğul olan bacı və qardaşdan danışacağıq.
Haqqında danışacağımız sənətkarlardan biri - Məhər Məhərrəmov bədii şüşə sənəti üzrə təhsilini Moskvada alıb. Həm bakalavr, həm də magistr dərəcəsi üzrə. Özünün sözlərinə görə, ölkədə bədii şüşə sənəti üzrə işləyən ilk diplomlu-ixtisaslaşmış kadrdır.
Məhər Məhərrəmov - Azərbaycan Rəssamlar İttifaqının üzvü: Bədii şüşə sənətinin bir neçə növü var.Bütün növləri ilə biz dərs əsnasında tanış oluruq həm nəzəri həm praktik.Amma onların hər birini peşəkarca istifadə etmək olmaz.maximum 2 3 növünü işlətmək olar.Mən ən çox Şüşələrin əridilib formalara tökülmə texnologiyası və şüşələrin üfürülməsindən istifadə edirəm.
Möhtəşəm sənət əsərlərini ərsəyə gətirmək üçün Məhər bəy çətinliklə əldə etdiyi şüşələri xüsusi olaraq seçir. Hər əsərin özünəməxsus şüşəsi olur.
Bu gördüyünüz sənət əsəri 3 ay müddətində ərsəyə gəlib.Hazırlanmasında dəniz qumundan və almazlı təkərdən istifadə olunub.
Məhər bəyin bacısı Sona xanım isə dekorativ tətbiqi sənətlə məşğuldur. O, bu peşənin sirrlərini öz şagirdləri ilə də bölüşür. Sona xanım deyir ki, son zamanlar bu sənətə maraq artıb.
Sona Məhərrəmova - Azərbaycan Rəssamlar İttifaqının üzvü: Artıq 10 ilə yaxındır ki,dekorativ tətbiqi sənətlə məşğulam.Azərbaycanın bir çox qədim sənət növlərini tədris edirəm və gələcək nəsillərə ötürməyə çalışıram.Bu sənətə daxildi bədii tikmə sənəti,Bədii şüşə sənəti və digər xarici sənətlər.Son zamanlarda gənclərdə bu sahəyə maraq artıbdı.Buna səbəb isə Azərbaycanda keçirilən yerli və beynəlxalq sərgilərdir.
Qonaq edildiyimiz çay süfrəsini bəzəyən əşyalar da məhz Sona xanımın əl işləridir. Azərbaycanda bu sənət növlərinin yaşadılması, gələcək nəsillərə ötürülməsi əlbəttə ki, təqdirəlayiq haldır.
- Baxış: 425