Sözü bir-birinin boğazından keçməyənlər çarəni soyuq silaha əl atmaqda görüblər. Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınan yeni qəsəbədə bıçaqlanma olub. Xəsarət alan Kəlbəcər rayon sakini, 23 yaşlı Samir Xəlilov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyə şöbəsinə gətirilib və dərhal əməliyyat olunub. Samir Xəlilovun kim tərəfindən bıçaqlandığı araşdırmalardan sonra bilinəcək.
Gəncə şəhər sakini 26 yaşlı Aqil Musayev də bıçaq yaraları ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Ona hər iki bud nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyat olunan xəstənin həyatı təhlükəsi aradan qaldırılıb və o, palataya köçürülüb.
Hazırda hüquq- mühafizə orqanları tərəfindən 26 yaşlı gəncin kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı araşdırılır. Daha bir qanlı olay Bakının Xəzər rayonunda olub. 43 yaşlı Rövşən Abıyev Qala qəsəbəsində tanımadığı şəxs tərəfindən bır neçə bıçaq xəsarəti alıb. Yaralı yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Xəzər Rayon Polis İdarəsinin əməliyyatçıları cinayəti törədən şəxsi axtarır.
Zülfiyyə Telmanqızı
- Baxış: 829