• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1524
— 22.05.2017 14:01

Bazarda kütləvi dava olub, iki nəfər döyülüb

KepezTV Player

Bakının Nizami rayonunda kütləvi dava baş verib. Dava “8-ci kilometr bazarı"nda qeydə alınıb. Hadisə zamanı həbsdən yeni çıxmış 43 yaşlı Aruz Qurbanov döyülərək ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım maşını ilə 3 saylı xəstəxanaya çatdırılıb. Faktla bağlı Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsində araşdırma aparılır.

Şəmkir rayonunda da döyülmə faktı qeydə alınıb. Hadisə rayonun Tatarlı kəndində baş verib. Kənd sakini 27 yaşlı Səbuhi Tağıyev və 29 yaşlı Anar Gülməmmədov müxtəlif bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
 

Zülfiyyə Telmanqızı