25-dən artıq kitabı və 380-dən çox araşdırması olan Əhməd Cəfəroğlu, Türkologiyanın inkişafında misilsiz xidmətlər göstərib. Alimi bizim üçün dəyərli edən digər bir məqam isə onun Gəncədə doğulmasıdır. Əhməd Cəfəroğlunun anadan olmasının 120 illik yubileyi münasibəti ilə Gəncə Dövlət Universitetində İstanbul universiteti və Türk ocaqları dərnəyinin birgə təşkilatçılığı keçirilən beynəlxalq konfransda bu məqama toxunulub. 1918-ci ildə Gəncədə Azərbaycanın müstəqilliyi üçün çalışan tanınmış alim Qafqaz İslam ordusunun tərkibində azadlıq uğrunda döyüşlərdə iştirak edib. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Türkiyəyə köçərək müəllimlik etməklə yanaşı türk dili və ədəbiyyatının araşdırılması, gələcək nəsillərə aşılanması ilə məşğul olub. Rus, Alman və Fransız dillərini yaxşı bilən türkoloq türk dili tarixi, azəri türkcəsi, leksikologiya və dialektologiya sahələrində apardığı tədqiqatlarla adını türk dünyasının tarixinə yazıb.
- Baxış: 447