• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3328
— 07.10.2019 18:35

Əsl xoşbəxtlik nədir və ya insan hansı yaşda daha çox xoşbəxt olur?

KepezTV Player

Əslində, xoşbəxtlik gözlə görülməyən, heç bir ölçüyə sığmayan, alınıb-satılmayan mənəvi bir hissdir. Onun insanı harada və necə tapacağı, hansı yaşda bizimlə daha çox qarşılaşacağı isə, heç kimə məlum deyil.

Taciyə Mehdisoy - psixoloq: Xoşbəxtlik qeyri-adi hadisələrdə yox, elə adi hadisələrdədir. Normaları normada yaşamaqdır. Fərqinə varmırıq. amma bu gün yeyə, danışa, gülə biliriksə bütün bunları normada yaşaya bilriksə, deməli normal halda biz xoşbəxt insanlarıq. Çünki insani duyğular yaşandığı vaxt insan xoşbəxt ola bilir.

Bəziləri üçün gənclik illəri xoşbəxtlik hesab olunsa da, digərləri əvəzolunmaz bu hissi ömrünün müdriklik çağında görür.

Elə bu məqsədlə, dünyanın bir sıra ölkələrində “Daha çox hansı yaşda xoşbəxt oluruq?” adı altında bir sıra araşdırmalar aparılıb. Keçirilən sorğular nəticəsində məlum olub ki, insanlar özlərini orta hesabla 34 yaşlarında daha xoşbəxt hiss edirlər. Psixoloqların bu barədə rəyinə gəlincə,

Taciyə Mehdisoy - psixoloq: Niyə burada ideal olaraq, gənclik yaşını götürürlər. Çünki gənclik yaşında hisslər daha çoxdur. Hislə ağlın həm vəhdəti, həm də təzadı var. İnsanlar nə qədər həssas və gələcəyə böyük ümidlə baxır, həvəslə yanaşırsa xoşbəxlik amili də bir o qədər artır.

Bütün bunlara baxmayaraq, azad və sosial fəaliyyətlərdə daha aktiv olan 20 yaşın nümayəndələri də, özlərini olduqca xoşbəxt hiss edirlər. Deməli, xoşbəxtlik nisbi anlayışdır və o, insanın qazandıqlarından daha çox, əldə etmək istədiklərindən asılıdır.