• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1594
— 14.08.2019 12:03

Yaşıllıqlar gül kolları və ağaclarla zənginləşib

KepezTV Player

Gəncədə ümumşəhər iməcliyi keçirilib. Şəhərin hava limanına gedən yolun sağ və sol hissələrində olan yaşıllıq zolaqlarında qurumuş otlar biçilib, alaq otları təmizlənib, yığılan xəzəllər daşınması üçün bir yerə yığılıb. Bundan başqa ağacların dibləri də bellənərək suvarılıb. Ərazidə olan yaşıllıq zollağı mövsümə uyğun güllərlə təzələnib. Son 1 həftə ərzində hava limanına gedən yolda müxtəlif növ 2 minə yaxın gül-çiçək, 100 ədəd müxtəlif növ ağaclar əkilib. Yaşıllıq aksiyası çərçivəsində Gəncədə 40 minə yaxın ağacın əkilməsi nəzərdə tutulur.

Rizvan Quliyev - Gəncə Şəhər MKTİB-nin Yaşıllaşdırma şöbəsinin baş aqranomu: Bu iməclik bütün şəhər ərazisində keçilir. Burada&nbsp; bir dənə də quru ağaca rast gəlmək mümkün deyil.Gündəlik bu ərazi nəzarətdədir.Hər gün müntəzəm suvarma həyata keçilir. Aqrotexniki qaydalara tamami ilə əməl olunur<br>)</span>