• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1873
— 29.06.2019 15:58

Şəhid əsgər ölümündən sonra medalla təltif edilib

KepezTV Player

Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu 19 yaşlı Elşən Xəlilov ölümündən sonra “Hərbi Xidmətdə Fərqlənməyə Görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Prezident İlham Əliyevin adından, Müdafiə nazirinin əmri ilə medal Gədəbəy rayonunun İnəkboğan kənd inzibati ərazi dairəsinə daxil olan Köhnəqışlaq kənd sakini olan şəhidin atası Vüqar Xəlilova təqdim edilib. Mərasimdə çıxış edənlər Azərbaycan ordusunun gücündən söz açıblar. Elşən Xəlilovun döyüş yolundan danışılıb. Şəhidlərin qanının yerə qalmaycağına və işğal altında olan torpaqların tezliklə azad oluncağına əminlik ifadə olunub. Tədbirin sonunda "Səninlə Fəxr Edirik Azərbaycan Əsgəri" adlı kitab əsgər və zabit heyətinə hədiyyə edilib.

Abdulla Qurbani Müdafiə Nazirliyinin nümayəndəsi: Azərbaycanımızın gözəl güşələrindən biri olan Gədəbəydə Azərbaycan övladları torpaqlarımızın keşiyində mərdliklə dayanıblar. Vətən uğrunda hər an Ali baş Komandanın əmrlərinə müntəzirdilər. Belə bir məsələ var. Şəhid varsa torpaqda var vətəndə. Şəhidlərə ölüm yoxdu vətəndə.

Vüqar Xəlilov şəhidin atası: Vətən uğrunda can verməyə özümdə hazıram. Qoy vətənimiz sağ olsun. Mən oğlumla fəxr edirəm. Oğlum vətən uğrunda şəhid olub. Oğlumla qürur duyuram.