Respublikada dana, quzu eləcə də quş əti ilə yanaşı bir neçə ildən sonra dovşan əti də satılacaq. Artıq bunun üçün işlərə də başlanılıb. Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda dovşançılıq laboratoriyası açılıb.
Yeni yaradılan dovşançılıq laboratoriyasına Azərbaycan Dovşançılıq Assosiasiyası tərəfindən 6 xarici cinsdən olan 12 ədəd dovşan verilib. Dovşanların saxlanması və yerli şəraitə uyğunlaşdırılması üçün burada avtomatlaşdırmış qaydada yemləmə sistemi qurulub, hiper vasitə ilə su veriləcək. Dovşanlar üzərində elmi tədqiqatların aparılması da Laboratoriyada mümkün olacaq.
Süleyman Sarıyev - baytar həkim: Hər şey həzimdən başlayır. Bütün heyvanlarda olduğu kimi biz dovşanların həzm sistemini araşdırıb, bundan yüksək səviyyədə yararlanamaq araşdırmamız var.Rasion qurmaq fikrimiz var.
Mahir Hacıyev - Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru: Yerli şəraitə uyğunlaşdırılmış cinslərin yaradılması və müasir təlabata cavab verən intensiv formada dovşançılığın inkişafı üçün dözümlü dovşanın yaradılmasıdır.
Nicat Nəsirli - Aqrar Elm və İnnovasiyalar Mərkəzinin şöbə müdiri: Yaxın illərdə Heyvandarlıq Elmi Tədqiqat İnistitutu bir sıra istiqamətlər üzrə olduğu kimi eyni zamanda da dovşançılığın damazlıq mərkəzi kimi rol oynayacaq.Bütün cins dovşanlar Respublikamıza, təsərrüafatlara bu elmi tədqiqat inistitundan yayaılacaq.
Ətlik istiqamətli cins dovşanlardan 120 gündən sonra məhsul götürmək olar. Dovşanın təmiz əti 2 kq yaxın olur. Bir dovşan ildə 6 dəfə, orta hesabla 60 bala verir. Bu da yerli cinslərlə müqayisədə daha sərfəlidir.
Bəxtiyar Məmmədov - Azərbaycan Dovşançılıq Assosiasiyasının nümayəndəsi: Bu dovşançılıq sahəsində irəliləyişin təkamül nöqtəsindəyik, bu işə başlamışıq. Artıq 4 ildir ki, intensiv şəkildə dovşançılıq tam cins olaraq yetişdirilməyə başmışdır
Elvin Bayramov - kiçik təsərrüfatçı: Gəncə şəhərində yaşayıram. Dovşan təsərrüfatı ilə məşğulam. Dovşan ətində kalistilin minimum olduğuna görə şəkərli diabet xəstələri, yaşlılar, uşaqlar üçün məsləhətlidir. Azərbaycanda xəz dəri növləri var. Dovşanın dərisdən istifadə olunur.Bu sahəyə son 4 ildə maraq artıb. Bizdə elmi tədqiqat inistitutu ilə əməkdaşlıq etmək istəyirik.
“İntensiv dovşançılığın kiçik ailə təsərrüfatının inkişafı” mövzunda keçirilən elmi praktiki seminarda isə yerli fermerlərlə yanaşı Gürcüstandandan mütəxəssislər də iştirak edib. Dovşançılıq sahəsinin dünyada inkişaf etdiyi, Respublikada da bunun tətbiqinin vacibliyi vurğulanıb. Hazırda ölkədə 160-a yaxın fermer 30-dan çox cinsdən 8 min başa yaxın dovşan saxlayır. Bu sahənin inkişafı üçün mütəxəssislərə ehtiyacın olduğu, fermerlərin bu sahədə maraqlı olduqları vurğulanıb.
- Baxış: 862