• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1302
— 27.08.2024 19:17

Kiberdələduzluq: Əhali arasında artan təhlükə və onunla mübarizə yolları

KepezTV Player

Kiberdələduzlar işlərini "peşəkar" səviyyədə qurmağa başlayıblar. Hətta bu işdə artıq süni intellektdən də istifadə olunur. Cinayətkarlar mobil bank tətbiqlərindəki pin kodları, eləcə də digər parolları ələ keçirmək üçün barmaq izi və ya üztanıma funksiyasından istifadə imkanına malikdirlər. Bununla da bu dələduzluq metodunun qurbanlarının sayı da get-gedə çoxalır.

Ariz Məmmədov - şəhər sakini: Mənim də olub, başıma gəlib amma oyaq olmuşam, bilmişəm.Yəni olna görə şükür ki problem olmayıb. Məsləhətim də odur ki dələduzluq çoxdur, ayıq olsunlar ki başlarına bir problem gəlməsin.

şəhər sakini: Sosial şəbəkələrdə gəlibki bank kartları ilə hər hansı bir oyundur. Bu oyunla bağlı kartın nömrələri, kodunu falan istəyiblər.Ətrafımdakı tanışlarımın da hər birində belə bir hak baş verib.Hətta bir tanışımın belə oyuna bank kartını yerləşdirməklə küllü miqdarda pul çıxarılıb.Aldanmamaqdan ötrü bu tip mesajlara inanmamaq lazımdır. Həmin mesajları silmək lazımdır.

Sərxan Hüseynov - şəhər sakiniƏsasən kartların oğurlanması elektron poçt vasitəsi ilə gedir. İnsan orda özünün bütün informasiyalarını paylaşır, Ad, soyad və şəxsiyyətin poçtunu görənnən sonra saxta kod göndərilir , qarşıdakı istifadəçi linki qəbul etdikdə ondan sonra bütün məlumatlar xakerin əlindədi.

Urfan Bərxudarlı - şəhər sakini: Özüm bu məsələdə məlumatlı olduğum üçün inanmıram.Amma ətrafımdakı olan insanların başına gəlib bu hadisələr. Bunun bir çox növlərini insanlar üstündə yoxlayırlar. Müxtəlif sms lər gəlir. Bunlarda da deyirlərki sizəə belə bir kod gələcək. Siz bu kodu yazmaqla mükafat əldə edəcəksiz kimi yalan vədlər verirlər və nəticədə insanların kartında olan məbləğlər çıxarılır.

Murad Atakişiyev - şəhər sakiniVerillər şəxsi kodları, şəxsi istifadəçi adlarını onlar da pulları çıxarın istədikləri kimi istifadə edirlər.GƏlən sms lərə daxil olmasınlar, qoruyucu kodları heçkimə bildirməsinlər. Tanıdıqları, güvəndikləri adamlardan kömək alsınlar.

Kiberdələduzlar, vətəndaşların bank kartlarından vəsait oğurlamaq üçün müxtəlif üsullardan istifadə edirlər. Ən çox rast gəlinən üsullardan biri də Fişinq hücumlarıdır. Bu metod Dələduzların istifadəçilərə rəsmi görkəmli elektron poçtlar, SMS-lər və ya sosial media mesajları göndərərək, onların bank məlumatlarını ələ keçirmək məqsədi daşıyır. Bu mesajlar, saxta veb saytlar vasitəsilə istifadəçini öz kart məlumatlarını daxil etməyə yönləndirir.

Sadiq Xudaverdiyev - İT mütəxəssisi: Mənşəyi bəlli olmayan linklərə daxil olmaq,və ya hansısa bir play marketdən proqramların yüklənməsi, və ya bilinməyən vifi şəbəkəsinə qoşulması. Bu ən çox xakerlər tərəfindən olunur.Əvvəlcədən hazırlanmnış proqramlardır. Bununla belə onlar sizin telefonunuzu ələ keçirdikdə sizin şəkillərinizdən tutmuş məxfi məlumatlar,bank kartları və digər informasiyalara kimi ələ keçirirlər və bunları öz məqsədləri üçün istifadə edirlər.Qorunma yolları çeşidlidir.Ümumiyyətlə mən tövsiyyə edərdim ki bilmədikləri linklıərə ,məsələn dövlət müəssisəsindən sms gəldikdə onu belə maraqlansınlar linkə girmədən, həmin qaynar xətlə əlaqə saxlasınlar. Hətta bəzən olur ki telefon təmirində telefon əmanət olunanda orda lazımsız informasiyanı əldə edə bilirlər.

İstifadəçilər sözügedən qaydalara riayət etmədikdə təbii ki kibercinayətin qurbanına çevrilirlər. DİN tərəfindən də bu problemlə bağlı ciddi şəkildə mübarizə tədbirləri aparır.

Eşqin Qasımov - DİN-in Mətbuat Xidmətinin əməkdaşı: Dİn tərəfindən vətəndaşlarla bu barədə profilaktik söhbətlər aparılır,sosial şəbəkələr vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq bu gün də bu tip dələduzluğun qurbanlarının sayı kifayət qədər çoxdur. Bu dələduzların işlərini xaricdə idarə olunması bir qədər bizim işlərimizdə çətinliklər yaradır Amma bu o demək deyil ki ölkə daxilində də bu tip saytlar var ki DİN tərəfindən mütəmadi olaraq keçirilən əməliyyat axtarış tədbirləri çərçivəsində bu dələduzların müəyyən olunur və onlar barəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılır.

Mütəxəssislər onu da xatırladır ki, istifadəçilərin sosial şəbəkə hesabları, habelə elektron poçtlarına bağlı olan bank hesabları, digər materialları hakerlər tərəfindən ələ keçirilə bilər. İstifadəçilər bu cür məsələlərlə bağlı problemlərlə üzləşdikdə polisə müraciət edə bilərlər.