• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 766
— 20.05.2019 12:13

“ƏylənSƏN-vaxt sənindir” yaz festivalı davam edir

KepezTV Player

Gəncədə Gənclər Evinin qarşısında “ƏylənSƏN-vaxt sənindir!” adlı yaz festivalı davam edib. Tədbir Azərbaycan Gənclər Fondu və “Gələcəyə Körpü” Gənclər Birliyinin birgə təşkilatçılığı ilə reallaşır. Proqramın keçirilməsində əsas məqsəd istedadı olan tələbə və gənclərin bacarıqlarının aşkar olunması, tanıdılmasını təmin etmək olub. Layihənin 3-cü günündə kiçik pikniklər, maraqlı oyunlar, rəng festivalı keçirilib. İstedadlı gənclər öz talantlarını nümayiş etdiriblər. Festival mayın 15-dən start götürüb, Gəncə şəhəri Gənclər Evi, "Art Garden Ganja" layihəsi və ARB Kəpəz-in birgə əməkdaşlığı ilə icra olunur.