• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2783
— 18.05.2019 18:34

Muzeylərdə "açıq qapı" oldu

KepezTV Player

Bu gün Beynəlxalq Muzeylər Günüdür. Bu münasibətilə tarixi abidələrlə zəngin olan ölkəmizdə müxtəlif tədbirlər keçirilir, tariximizlə, mədəniyyətimizlə yaxından tanış olmaq üçün bütün muzeylərimizdə “açıq qapı” günü elan edilir. Gəncədə olan 12 muzeydə də ziyarətçilər yaradılan bu şəraitdən istifadə edərək pulsuz olaraq ekskursiyalar ediblər. Əməkdaşımız Elnur Vahidoğlu da bu muzeylərdən ən qədimində olub.

Gəncədə faəliyyət göstərən muzeylərdən ən qədimi 1924-cü ildə əsası qoyulan Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyidir. Müxtəlif binalarda fəaliyyət göstərən muzey yalnız 1972-ci ildə indi yerləşdiyi Cavad Xanın nəticəsi İsmayıl Xan və Adil Xan Ziyadxanovların şəxsi mülkü olan binaya köçürülüb. Muzeyi maraqlı və üstün edən cəhətlərdən birincisi də məhz budur. Bura gələn ziyarətçilərə isə 5 bələdçi və 4 elmi işçi tərəfindən muzeyin tarixi eləcə də burada qorunub saxlanılan 30 minə yaxın tarixi ekpanat barədə məlumatlar verilir.

Yeganə Səfərova - müəllim: Şagirdlərimiz əyani şəkildə tariximizlə, ekspanatlarla arxeoloji qazıntılar zamanı tapılan ekspanatlarla yaxından tanış olurlar. Bu da onların gələcəyinə yaxşı təsir bağışlayır. Uşaqlarda aydın fikir oyanır, öz tarixini daha da yaxından tanıyır. Ekspanatları gözləri ilə yaxından görürlər.

Ruzi İmanov - şagird: Yeddinci sinifdə oxuyuram. Bu gün 18 may muzeylər günüdür. Biz Gəncə Traix Diyarşünaslıq Muzeyinə gəldik. Kitabda oxudumuzun hər birini burada əyani şəkildə görüdük.

Nurlanə İsmayılova - tələbə: Qəbələ rayonun da yaşayıram.Mingəçevir Dövlət Universtetinin birinci kurs tələbəsiyəm.Bu gün Gəncəyə ekskursiyaya gəlmişik. Təsadüfəndə muzeylər gününə düşdü. Burada abidələr ilə tanış oluruq. Çox gözəl təsüratlar yaradır.

İki mərtəbəli olan binanın birinic mərtəbəsində ən qədim dövrlərə aid, ikinci mərtəbədə isə müasir dövrü əks etdirən ekspanatlar nümayiş olunur. Burada 3 şöbə və 18 guşədə tarixi, arxeoloji tapıntı nümunələri, maddi-mədəniyyət abidələri, etnoqrafik, epiqrafik, numizmatik nümunələri gələn ziyarətçilərə 4 dildə təqdim edilir.

Gəncə Tarix Diyarşünaslıq muzeyində 18 guşə var. Bu guşələrdən biri də 19-cu əsrin əvvəllərində qədim Gəncənin yaşayış ev maketi guşəsədir. Muzeyə gələn ziyarətçiləri məhz bu guşə daha çox maraqlandırır.

Aygün İmanova - Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin direktoru: Bizim muzeyimizdə qədim dövrdən bəşər tarixinin ilk dövrü olan daş dövründən başlayaraq tünc və dəmir dövrü əhatə edir. Muzeyimizdə 30 min ekpanat var ki, onun da 3 mini sərgilənib.

Fidan Böyükbabanlı - elmi işçi: Gəncə Azərbaycanın muzeylər şəhəridir. Həmçinin Gəncə Azərbaycanın ədəbi xəzinəsidir. Gənc şəhərində təkcə Tarix Diyarşünaslıq muzeyi deyil eyni zamanda cənab prezidendin və Heydər Əliyev fondunun dəstəyi ilə mirzə Şəfi Vazeh adına muzey, Məhsəti Gəncəvi mərkəzi, Nizami Gəncəvi muzeyi inşa edilib. Həmin muzeylərdə də əməkdaşlar çalışır,Azərbaycan tarixini, ədəbiyyatını lazımı səviyyədə təbliğ edir.

Gün ərzində təxminən buraya 30-a yaxın ziyarərçi gəlir. Muzeyə böyüklərin girişi 50 qəpik, balacaların isə daxil olması 30 qəpikdir. Xaricilər üçün isə qiymət 2 manatdır. Həftənin bazar ertəsindən başqa bütün günü muzey ziyarətçilərin üzünə açıqdı.

 

Elnur Vahidoğlu