• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1788
— 09.05.2019 21:52

Sabah futbol üzrə I Divizionda mövsümə yekun vurulacaq

KepezTV Player

Çempionatın son – 26-cı turunun oyunları eyni gündə keçiriləcək. Tur çərçivəsində “Kəpəz” Bakıya səfər edib “Qarabağ”ın ikinci komandasının qonağı olacaq. Gəncəli məşqçi Azər Məmmədovun çalışdırdığı Ağdam kollektivi turnir cədvəlində “sarı-göylər”i xal və mövqe baxımından xeyli qabaqlayır. “Qarabağ-2” 42 xalla 5-ci pillədə qərarlaşıb. “Kəpəz” isə 22 xalla çempionatda 11-ci yerdədir. Ötən tur doğma meydanda “Ağsu”nu 4:1 hesabı ilə məğlub edən Gəncə komandası qarşıdakı oyunda da uğurlu nəticə qazanmaq üçün motivasiyalıdır. 

Azad Rəfi