• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1254
— 05.04.2019 19:00

Məktəblilər məşhurlarla şahmat oynadılar

KepezTV Player

Bu gün mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Şəmkir superturnirində istirahət günü olub. Bu fürsətdən istifadə edən yarışın iştirakçıları kiçik yaşlı iti zəka sahibləri ilə bir araya gəliblər.

Heydər Əliyev mərkəzindəki görüşdə Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının 5 məktəbli şahmatçısı da iştriak edib. Onlar dünya çempionu Maqnus Karlsenlə şahmat oynayıblar. Norveçli iti zəka sahibinin məktəblilərlə qarşılaşması böyük maraqla izlənilib.

Görüşdə Şəmkir turnirinin digər iştirakçıları da məktəblilərlə üz-üzə gəliblər.

Daha sonra Şəmkir Olimpiya İdman Kompleksində superturnirin iştirakçıları və təşkilatçılar arasında futbol turniri baş tutub. Yarışda xarici şahmatçılardan ibarət komandayla yanaşı, təşkilatçılarından formalaşan iki kollektiv və FİDE-nin komandası mübarizə aparıb.

 

Orxan Cəfərzadə