• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1342
— 02.04.2019 18:46

Vahid Abbasovun 70 illik yubileyi qeyd olunub

KepezTV Player

Gəncədə mini futbol üzrə uşaqlar arasında turnir keçirilib. Yarış SSRİ idman ustası, əməkdar məşqçi Vahid Abbasov 70 illik yubileyinə həsr olunub.

İstər Sovet, istərsə də müasir dövrümüzdə Gəncə futbolunun tanınmasında, inkişafında Vahid Abbasovun xüsusi payı var. O, oynadığı vaxtlarda futbolçu, karyerasını bitirdikdən sonra isə mütəxəssis kimi sevimli idman növünə xidmət edib.

Vahid Abbasov bu gün futbol sahəsində faəliyyətini davam etdirir. O, uzun müddətdi ki, 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbində çalışır.

Yubilyarın şərəfinə keçirilən turnirə gəlincə, bir həftə davam edən yarışda 10 komanda mübarizə aparıb. Nəticələrə əsasən, “TİM Gəncə” komandası 3-cü yeri tutub. Finalda “Gənclərbirliyi”ni 3:7 hesabı ilə məğlub edən gənc məşqçi Turan Əliyevin rəhbərlik etdiyi “Gəncə TİM” kollektivi isə yarışın qalibi adını qazanıb. Turnirin oyunlarını izləyənlər arasında Vahid Abbasovun veteran həmkarları da olub.

Oyunlar sona çatdıqdan sonra turnirin bağlanış mərasimi keçirilib. Mükafatçı yerləri tutan komandalar təbrik olunub, oyunçulara gələcəkdə daha böyük uğurlar arzulanıb. Müxtəlif nominasiyalar üzrə fərqlənən futbolçular fərqləndirilib. Daha sonra ilk 3 yeri tutan kollektivlərin üzvlərinə medal, fəxri fərman və kubok təqdim olunub.  

Turnirdən sonra Vahid Abbasovun 70 illik yubileyi qeyd olunması süfrə arxasında davam etdirilib. Mərasimdə onun keçdiyi ömür yoluna nəzər salınıb, ən xoş arzular səsləndirilib. Vaxitlə şərəfini qoruduğu “Kəpəz” klubu adından yubilyara üzərində adı və 70 rəqəmi yazılan forma hədiyyə edilib.

Azad Rəfi