• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3454
— 17.12.2018 13:28

Evlənmək istəyən anasını bıçaqladı

KepezTV Player

Bərdədə də bıçaqlanma hadisəsi baş verib. Rayon sakini Telman Əhmədov Qarabağ qəsəbəsindəki küçələrdən birində anası Aybəniz Vəliyevaya boyun və qarın nahiyələrindən bir neçə bıçaq zərbəsi endirib. Ağır xəsarət alan qadın xəstəxanaya çatdırılıb. Sakinlərin sözlərinə görə, hadisəyə 48 yaşlı Vəliyevanın ikinci dəfə ailə qurmaq istəməsi səbəb olub. Buna qarşı çıxan oğul anası ilə küçədə mübahisə edib və ona 11 bıçaq zərbəsi endirib. Teymur Əhmədov hadisədən sonra polisə təslim olub. Aybəniz Vəliyeva Bərdə Rayon Mərkəzi xəstəxanasının cərrahiyyə, əməliyyat olduqdan sonra isə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər vəziyyətini orta-ağır qiymətləndirirlər. Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.