• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1964
— 10.12.2018 14:25

Arıçılıq Mərkəzinidə bal verən bitgilərin genafondu formalaşdırılır

KepezTV Player

Azərbaycanda arıcılığını inkşaf etdirilməsi üçün icrası həyata keçirilən dövlət proqramı respublikada 600 min arı ailəsinin formalaşdırılmasına və ölkədə bal istehsalının illik 9 min tona çatdırılmasına hesablanıb.

10 ilə yaxındır ki, arıcılıqla məşğul olan Samux rayonun Lək kənd sakini Afiq Mehdiyev respublikada bu il arıçılığa göstərilən dövlət qayğısından yararlanıb. Arıçı 20 arı ailəsini qeydiyyatdan keçirərək subsidiya alıb. Hər arı yeşiyindən mövsümdə normaya uyğun bal alan fermer gələn il məhsuldalığı daha da yüksəltməyi qarşıya məqsəd qoyub. Məhsulun bol olmasında yem bazasının mühüm rol oynadığını bildirən arıçı Boz Qafqaz arı cinsini cirlaşdığını, təsərrüfatında Karniol arı cinslərinin saxlanıldığını bildirib.

Afiq Mehdiyev – arıçı: “Bizim Samux rayonunu ərazisi yem bazası ilə zəngindir. Nektar verən bitgilər çoxdur, buda arıcılığın inkşaf etdirilməsi üçün əlverişli sayılır. Məndə məhsuldarlıq hər yenşik üçün 20 kiloqram təşkil edir buda normal rəqəm sayılır. Çalışırıq ki, yeni arı cinslərindən arı analar əldə edib məhsuldarlığı daha da artıraq”

Arıçılıqla bağlı dövlət proqramı həm də hər arı ailəsinə 15 kiloqramadək bal istehsalını qarşıya məqsəd qoyub. Beynəlxalq təcrübənin tətəbiqi ilə ekoloji təmiz məhsulun əldə edilməsi üçün Arıçılıq Mərkəzində bir neçə layihə icra olunur. İstixanalarda arıçılığın inkişaf etdirilməsi üzrə də fermerlərlə iş aparılır.

Allahverdi Seyidov - Arıçılıq Mərkəzinin direktoru: “Artıq Azərbaycanda nə qədər istilikxanalar varsada orada beçərilən tərəvəzlərin tozalnmasında arılardan istifadə olunur. Hazırda Çində, Hollandiyada, Türkiyədə bu təcrübədən geniş istifadə olunur və məhsuldarlıq 20% çox olur. Eyni zamanda bu təbii proses ekoloji təmiz məhsulların ərsəyə gəlməsinə şərait yaradır. Arıcılıq Mərkəzi olaraq çalışıacağıq ki, bu sahədə də naliyyətə imza ataq.

Arıçılıq Mərkəzinidə həmçinin bal verən bitgilərin genafondu formalaşdırılır və cır arı cinslərinin əvəzlənməsi üçün süni mayalanma mərkəzində məhsuldar arı cinsləri yetişdirilir.  

 

Xaliq Qurbanlı