• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2250
— 04.07.2018 15:38

Göygöllü gənclər yüksək əhval-ruhiyyə ilə hərbi xidmətə yola düşüb

KepezTV Player

Göygöl rayonunda gənclərin təntənəli şəraitdə həqiqi hərbi xidmətə yola salınması artıq ənənəyə çevrilib. Gənclərin həqiqi hərbi xidmətə yola slaınması mərasiminin növbəti iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin  abidəsisini ziyarət ediblər. Heydər Əliyev mərkəzində ümummillli liderin həyatı, içtimai siyasi fəaliyyətini əks etdirən bölmələrlə tanış olublar. Təntənəli mərasimdə çıxış edənlər ölkəmizdə ordu quruculuğu sahəsində qazanılan uğurlardan, bu gün Azərbaycan ordusunun son hərbi texnologiyalarla təchiz olunmasından, hərbi hissələrdə yaradılan şəraitdən danışıblar. Hərbi xidmətə yola düşən gənclərə tövsiyələrini, məsləhətlərini verdilər. Qeyd olunub ki, Milli Ordumuzun maddi-texniki bazası bütün standartlara tam cavab verir. Məhz belə bir orduda hərbi xidmət keçməyin böyük bir şərəfdir. Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqlarımızı düşməndən azad etməyə və ərazi bütövlüyümüzün bərpasına nail olmağa hər an hazırdır. Çıxışlarda gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirməyi tövsiyə edilib.  Yola salma mərasimi şən mahnı və rəqslərlə davam edib. Sonra çağırışçılar Azərbaycan bayrağını öpərək vətənə sədaqət andı içib, hərbi hissələrə yola düşüblər.

Asudə Əsgərova valideyn: Bacımın oğlunu yola salıram. Allahdan istəmişəm atalarının analarının üstünə sağ-salamat gedib gəlsinlər. Valideynlərini daim sevindirsinlər. Layiqli övlad olsunlar.

Kənan Pənahzadə çağırışçı: Mən hərbi xidmətə ali təhsilimi bitirib xüsusi bir əsgər kimi gedirəm. Təhsilimlədə dövlətə xidmət etmişəm. İnşallah hərbidə də xidmət edəcəm. Bizim 20 faiz torpaqlrımız işğal atındadır. İnşallah onların alınmasında xidmət göstərib vətənin keşiyində dayancağıq. Vətənin hər bir yeri vətəndir. Qorumaq lazımdır.

Ruhlan Hacıyev çağırışçı: Hər bir çağırışçı vətənə xidmətə sevinə sevinə gedir. Buda dövlətin orduya göstərdiyi qayğını nəticəsidir. Çünki əsgərlər bilirlər ki orada onlara ailələri qədər yaxşı baxılacaq.

Natiq Hüseyn