• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1189
— 24.09.2018 13:34

Qayınanasını öldürdü, arvadını yaraladı

KepezTV Player

Saatlı rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. Nərimankənd kəndində Xəyal Həşimov qayınanası 58 yaşlı Hökumə Alışovanı 7 bıçaq zərbəsi ilə qətlə yetirib. Həyat yoldaşı 25 yaşlı Gülbikə Həşimovanı isə ağır yaralayıb. Gənc qadın Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Məlumata görə, Bakı şəhərində yaşayan ailə boşanma üçün məhkəməyə müraciət edib. Bu səbəbdən aralarında yarana biləcək qarşıdurmadan ehtiyat edən Gülbikə Həşimova Saatlı rayonundakı ata evinə sığınıb. Həyat yoldaşından boşanmaq istəməyən Xəyal Həşimov sərxoş vəziyyətdə həmin evə gedərək cinayət hadisəsini törədib. Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.