• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 923
— 13.09.2018 15:08

Balakən sakini Qaxda narkotik bitki əkdi

KepezTV Player

Daxil olan məlumat əsasında Qax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Balakən rayon sakini Bəhruz Layıcov saxlanılıb. Ətrafında aparılan araşdırma nəticəsində Bəhruz Layıcov tərəfindən rayonun Güllük kəndinin meşə zolağında kultivasiya yolu ilə yetişdirilən 152 ədəd çətənə kolu və ümumi çəkisi 303 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

54 yaşlı Bəhruz Layıcov narkotik istifadəçisi olduğunu və yetişdirdikdən sonra əldə edəcəyi gəlirlə ayağını əməliyyat etdirmək istədiyini söyləyib.

Faktla bağlı Qax RPŞ-nın İstintaq bölməsində araşdırma aparılır.