• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1680
— 07.09.2018 12:13

Ər arvadını ölümcül yaraladı, bıçaq qadının kürəyinə sancıldı

KepezTV Player

Paytaxtda ər arvadını bıçaqlayıb. Hadisə Nəsimi rayonu ərazisində baş verib. 21 yaşlı Hətəmova Aydan kürəyində bıçaq batılı vəziyyətdə xəstəxanaya gətirilib. Yaralı dərhal əməliyyat olunub. Həkimlərin müayinə zamanı yaralının üzərində 16 bıçaq xəsarəti aşkar ediblər. Aydan Hətəmovanın vəziyyətinin ağır olduğu bildirilib. Hadisə barədə polisə məlumat verilib. Araşdırmalar zamanı məlum olub ki, həyat yoldaşı qadını qısqanclıq zəminində bıçaqlayıb. Lakin sonuncu zərbədən sonra bıçağı onun kürəyindən çıxara bilməyib. Hadisəni törədən şəxs saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırmalar davam edir.