• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 877
— 25.12.2017 12:50

Qardaşının qaynatasının əli ilə öldü

KepezTV Player

Qardaşının qaynatası Ağdaş sakinini qətlə yetirib. Hadisə rayonun aşağı Zeynəddin kəndində qeydə alınıb. 51 yaşlı Baxşalı Əliyev bir neçə dəfə mal-qarasını qohumu Dursun Muğumova məxsus otlaq sahəsində otarıb. Bu da qarşı tərəfin heç xoşuna gəlməyib, nəticədə hər dəfə aralarında ciddi mübahisələr yaranıb. Sonuncu belə halda otlaq sahibi ağac parçası ilə Baxşalı Əliyevi baş nahiyəsindən vuraraq yaralayıb. Xəstəxanaya aparılan şəxs orada həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Zülfiyyə Telmanqızı