Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan 16 komanda 8 cüt formalaşdırıb.
1/8 finala qrup qalibi kimi vəsiqə qazanan Türkiyə təmsilçisi “Beşiktaş”ın rəqibi Almaniyanın ən titullu komandası “Bavariya” olacaq.
Çempionlar Liqası, 1/8 final
“Yuventus” (İtaliya) - “Tottenhem” (İngiltərə)
“Bazel” (İsveçrə) - “Mançester Siti” (İngiltərə)
“Porto” (Portuqaliya) - “Liverpul” (İngiltərə)
“Sevilya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)
“Real” (İspaniya) - PSJ (Fransa)
“Şaxtyor” (Ukrayna) - “Roma” (İtaliya)
“Çelsi” (İngiltərə) - “Barselona” (İspaniya)
“Bavariya” (Almaniya) - “Beşiktaş” (Türkiyə)
1/8 finalın ilk görüşləri 2018-ci il fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və 13-14-də baş tutacaq.
Azad Rəfi
- Baxış: 454