• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2250
— 02.12.2017 23:27

Ata və oğlunu bıçaqladılar

KepezTV Player

Mingəçevirdə ata və oğlunu bıçaqlayıblar. Hadisə şəhərin “Energetik” yaşayış massivində baş verib. Elçin Qəmbərov 7 saylı marşrut avtobusunun sözügedən massivdəki son dayanacağında, onun oğlu 24 yaşlı Elmir Qəmbərov isə 3 saylı təsərrüfatın ərazisində yaralı vəziyyətdə aşkar edilib. Hər iki yaralı təcili xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, hər iki hadisə eyni şəxs və ya şəxslər tərəfindən törədilib. Fakt araşdırılır.