• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1096
— 27.09.2017 11:32

Mübahisəyə bıçaqla yekun vurdular

KepezTV Player

Bakının Nərimanov rayonunda da qanlı olay yaşanıb.Hadisə Fətəli Xan Xoyski küçəsində baş verib. 21 yaşlı  Şamil Əliyevin tanışı ilə mübahisəsi düşüb. Bu zaman həmin şəxs üzərində gəzdirdiyi bıçaqla Şamil Əliyevə xəsarətlər yetirib. Yaralı ətrafdakı insanların çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər. Hadisə barədə polisə məlumat verilib. Əməliyyat axtarış tədbirləri həyata keçirilir. Fakta tibbi ekspertlərin verəcəyi rəydən sonra hüquqi qiymət veriləcək.