• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2483
— 25.09.2017 20:15

Daşkəsəndə avtomobil qəzası baş verib, 2 nəfər xəsarət alıb

Hadisə Gəncə-Daşkəsən avtomobil yolunda baş verib.

VAZ-2107 və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sərnişinləri  Daşkəsən rayon sakinləri 36 yaşlı Rahib Mehrəliyev və 40 yaşlı Elsevər Səttarov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılardan biri Gəncə şəhər TTYX-ya yerləşdirilib. Digər yaralı isə başqa xəstəxanaya göndərilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

 

Elton Cabbarlı