• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 953
— 10.08.2017 23:24

Gəncədə 70 yaşlı kişini avtomobil vurub

KepezTV Player

Gəncə-Samux yolunda piyadanı avtomobil vurub. Şəhərdə məskunlaşan Kəlbəcər rayonundan olan 70 yaşlı Bəhmən Hüseynovu hərəkətdə olan “VAZ 21015” markalı avtomobil vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə  gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti ağırdı. Faktla bağlı araşdırma aparılır.  

Şahin Quliyev həkim – “Xəstədə qapalı kəllə beyin travması, sağ göz ətrafı nahiyyəsinin gematoması, sağ qamış sümüyünün aşağı üçdə bir hissəsinin açıq sınığı aşkarlanıb. Xəstəyə ilkin yardım göstərildi, sınıq yerinə salındı, yara birinci cərrahi işləndi. Hazırda sonrakı müalicə və müayinə üçün reanimasiyya şöbəsinə yerləşdirilib”.

 

Elnur Vahidoğlu