Cari il yanvarın 1-dən vergi məcəlləsinə edilən dəyişikliyə əsasən fərdi qaydada fəaliyyət göstərən fiziki şəxlər dəyişilməz vergi məbləği ödəyəcək. Bunlar toy və şənliklərdə fəaliyyət göstərən musiqiçilər, rəqqaslar, aparıcılar, fərdi foto, audio-video xidməti ilə məşğul olan şəxslər, çəkməçi, pinəçi və nəqqaşlardır. Vergidən yayındıqda həmin şəxslər məcəlləyə uyğun olaraq maliyyə sanksiyası ilə cərimələnəcək.
Vergi məcəlləsinə əsasən konkret olaraq müəyyən olunan fəaliyyət növləri üzrə fərdi qaydada fəaliyyət göstərən fiziki şəxlər dövriyyəsindən və gəlirindən asılı olmayaraq sabit vergi ödəməlidir. İşçi cəlb etmədən çalışan həmin şəxslər vergi orqanlarına müraciət edərək sadələşmiş vergiyə görə sabit məbləğin ödənilməsi üzrə qəbz almalıdırlar. Bu fəaliyyət növləri aşağıdakılardır:<br>Toy, şənlik və digər tədbirlərdə musiqiçilik, aparıcılıq, rəqqaslıq və digər bu kimi oxşar fəaliyyətlə məşğul olan şəxslər üçün aylıq sabit vergi məbləği 30 man müəyyən olunub. Fərdi foto, audio-video xidməti ilə məşğul olan şəxslər üçün də bu məbləğ 30 manatdır. Çəkməçi, pinəçi üçün 5 man, saat soyuducu, televizor və digər məişət cihazlarının təmiri ilə məşğul olanlar üçün 10 man, fərdi yaşayış evlərində qulluqçu, bağban, sürücülər və bu kimi fəaliyyətlə məşğul olan şəxslər üçün 10 man, nəqqaşlıq emalatxanalarında fəaliyyət göstərən şəxslər üçün isə sabit vergi məbləği 20 man müəyyən olunub.
Adil Şükürov 12 saylı Ərazi Vergilər Departamentinin şöbə rəhbəri: Sabit vergi məbləğini ödəyən vergi ödəyiciləri ilk olaraq vergi orqanında qeydiyyatdan keçməlidirlər. Qeydiyyatda olduğu yer üzrə vergi orqanında qeydiyyata alınıb VÖEN şəhadətnaməsi almalıdırlar. Ondan sonra bu fəaliyyətə başlayanadək vergi orqanlarında vergi ödəyiiclərinə xidmət mərkəzlərinə müraciət edərək sadələmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz alınmalıdır. Bunlar vergi ödəyicisinin yazılı müraciətinə əsasən 2 gün müddətinə verilir. Elektorn qaydada müraciət etdikdə isə real vaxt rejimində vergi ödəyicilərinə təqdim olunur.
Fəaliyyət göstərilən ərazi burada mühümdür. Belə ki, vergi ödəyicisinin qeyiyyatda olduğu yerdən asılı olmayaraq hansı ərazidə fəaliyyət göstərirsə həmin ərazinin əmsalı tətbiq olunmaqla qəbz almalıdır. Belə ki, yuxarıda qeyd olunan məbləğlərə fəaliyyət göstərilən ərazi üzrə əmsallar tətbiq olunur. Bakı şəhərində fəaliyyət göstərdikdə 2 əmsalı, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində fəaliyyət göstərdikdə 1.5 əmsalı, Naxçıvan, Şəki Naftalan, Mingəçevir, Lənkəranda 1 əmsalı, adını qeyd etmədiyimiz rayon və rayon tabeli şəhərlərdə fəaliyyət göstərdikdə isə 0.5 əmsalı tətbiq olunur.
Adil Şükürov12 saylı Ərazi Vergilər Departamentinin şöbə rəhbəri: Vergi ödəyicisi eyni dövrdə bir neçə ərazidə fəaliyyət göstərirsə bu zaman ən yüksək ərazinin əmsalı tətbiq olunmaqla qəbz alınmalıdır. Bir neçə fəaliyyət növü üzrə məşğul olursa hər fəaliyyət növü üzrə ayrılıqda qəbz alınmalıdır. Sabit verginin ödəyiciləri nağd hesablaşmalar zamanı mütləq vergi ödəyicilərinə ciddi hesabat blankı olan qəbz təqdim etməlidirlər.
Sabit verginin qəbzini almadan fəaliyyət göstərən vergi ödəyicisi təqvim ili ərzində belə fəaliyyət növünü həyata keçirdikdə həmin fəaliyyət növü üzrə ödəməli olduğu sabit vergi məbləğinin birinci dəfə 40%-i miqdarında, ikinci dəfə 100%-i miqdarında maliyyə sanksiyasına məruz qala bilərlər.
- Baxış: 564